Cənubi Koreya ilə Səudiyyə Ərəbistanı hərbi sahədə Memorandum imzalayıblar

Cənubi Koreya ilə Səudiyyə Ərəbistanı hərbi sahədə Memorandum imzalayıblar

Cənubi Koreya və Səudiyyə Ərəbistanı hərbi-sənaye kompleksi və silahların birgə inkişafı sahəsində Anlaşma Memorandumu imzalayıblar.

“Birxeber.Az” xəbər verir ki, bunu Koreya Respublikasının Milli Müdafiə Nazirliyində keçirilən brifinqdə Müdafiə Satınalmaları Proqramının (DAPA) rəsmi nümayəndəsi Çoi Hyon-ho (Choi Hong-hi) bildirib.

“Hazırkı Anlaşma Memorandumu müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır”, - o qeyd edib.

Cənubi Koreya KİV-lərinin məlumatına görə, Memorandum silahların birgə inkişafının əsasını qoymalıdır.