Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasında dəyişiklik olub

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasında dəyişiklik olub

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Müşahidə Şurasının üzvlərindən biri dəyişib.

"Birxeber.Az" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, ASA-nın təsisçilərinin növbəti iclası keçirilib. İclasda ləğv edilmiş "Azərsığorta" ASC-nin nümayəndəsi "Meqa Sığorta" ASC-nin nümayəndəsi ilə əvəz edilib. Şuranın yeni üzvünün namizədliyini bütün təsisçilər dəstəkləyib.

Müşahidə Şurasında 9 sığorta şirkəti təmsil olunur.