Ukrayna SQ Baş Qərargahı: Rusiya Ukraynada 376 000 hərbçi itirib

Ukrayna SQ Baş Qərargahı: Rusiya Ukraynada 376 000 hərbçi itirib

Rusiya Ukraynaya genişmiqyaslı müdaxilə başlayandan bəri 376 030 əsgər itirib.

APA bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verir. Bu rəqəmə son 24 saat ərzində 760 ölüm də daxildir.

Hesabata görə, Rusiya müharibə zamanı xeyli sayda maşın və texnikanı, o cümlədən 11 466 zirehli döyüş maşını, 11 862 avtomobil və avtosistern, 6 181 tankını itirib.