İranda əsgər yoldaşlarını qətlə yetirmiş hərbçi saxlanılıb - YENİLƏNİB

İranda əsgər yoldaşlarını qətlə yetirmiş hərbçi saxlanılıb - YENİLƏNİB

İranda beş əsgər yoldaşını qətlə yetirmiş hərbçi Kirman ostanında saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə IRNA yazıb.

“Həmin şəxs Zerend şəhərinin yaxınlığında saxlanılıb”, – briqada generalı Əmir Qulamalian açıqlayıb.

23:57

İranın Kirman ostanında ordu təlim düşərgəsində baş vermiş silahlı insidentdə beş nəfər ölüb.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə briqada generalı Əmir Qulamalian deyib.

Onun sözlərinə görə, insident bu gün yerli vaxtla 16:35-də olub. O qeyd edib ki, əsgərlərdən biri yoldaşlarına atəş açaraq 5 nəfər qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs qaçıb. Hazırda onun axtarışları aparılır.