Şəkidə yanğın olub

Şəkidə yanğın olub

Şəkidə bir neçə ailənin yaşadığı binada yanğın olub.
Birxeber.Az-nın şimal-qərb bürosunun məlumatına görə, yanğın səhər saatlarında rayonun Turan qəsəbəsində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Yanğın söndürülüb.