La Liqa: “Real” son dəqiqələrdə “Atletiko” üzərində qələbəni əldən verib

La Liqa: “Real” son dəqiqələrdə “Atletiko” üzərində qələbəni əldən verib

İspaniya La Liqasının XXIII turunda Madridin "Real" və "Atletiko" komandaları arasında qarşılaşma başa çatıb.

“Report” xəbər verir ki, komandalar Madriddəki "Santyaqo Bernabeu" stadionunda qarşılaşıblar.

Matç Bakı vaxtı ilə saat 00:00-da başlayıb və 1:1 hesabı ilə başa çatıb.

20-ci dəqiqədə Brahim Dias "Real"ı hesabda önə çıxarıb. 90+3-cü dəqiqədə isə Markos Llorente bərabərliyi təmin edib.

Hazırda "Real" 58 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. "Atletiko" 48 xalla dördüncüdür.