Azərbaycan Premyer Liqasında XXI tur Qəbələdə başa çatacaq

Azərbaycan Premyer Liqasında XXI tur Qəbələdə başa çatacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.

"Birxeber.Az"un məlumatına görə, sonuncu oyunda "Kəpəz" "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 15:00-da başlayacaq. Görüşü FIFA referisi Kamal Umudlu idarə edəcək.

Gəncə klubu 17 xalla 9-cu, Naxçıvan təmsilçisi 27 xalla 6-cıdır.

Azərbaycan Premyer Liqası

XXI tur

5 fevral

15:00. “Kəpəz”– “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu

Qeyd edək ki, XXI turda "Qarabağ" "Səbail"i, "Sumqayıt" isə "Neftçi"ni 2:1 hesabı ilə üstələyib. "Sabah" - "Turan Tovuz" və "Qəbələ" - "Zirə" matçları 1:1 hesabı ilə yekunlaşıb.