İsrail “Hizbullah”ın Livanın cənubundakı komandanlıq mərkəzlərindən birinə zərbə endirib

İsrail “Hizbullah”ın Livanın cənubundakı komandanlıq mərkəzlərindən birinə zərbə endirib

İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın silahlı qanadının komanda mərkəzinə hava zərbəsi endirib.

"Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl İsrail ordusunun qırıcıları Yarun kəndində “Hizbullah”ın əməliyyat komanda mərkəzinə və hərbi kompleksinə hücum ediblər.

Bundan əlavə, İsrail ordusu Livanın cənubundakı Marun ər-Ras kəndində “Hizbullah”ın müşahidə məntəqəsinə hücum edib.