Türkiyənin Mosuldakı Baş Konsulluğuna iki raket atılıb - YENİLƏNİB

Türkiyənin Mosuldakı Baş Konsulluğuna iki raket atılıb - YENİLƏNİB

Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücumun təfərrüatları məlum olub.

“Birxeber” "Milliyət"ə istinadən xəbər verir ki, diplomatik nümayəndəliyə 2 raket atılıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Amma ətrafdakı tikililələrə və avtomobillərə ziyan dəyib.

Şahidlərin sözlərinə görə, ərazidə yaşayan bəzi ailələr evlərini tərk ediblər.

13:31

Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücum olub.

“Birxeber” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik hücumu pisləyib: “BMT Təhlükəsizlik Şurasının iclası keçirildiyi zaman belə bir hücumun təşkil olunması diqqət çəkir”.

Türkiyə XİN həmçinin İraqdakı səlahiyyətli şəxslərə terrorla mübarizədə ayıq-sayıq olmaları barədə xəbərdarlıq edib.