Lənkəran sakinlərindən qanunsuz odlu silahlar aşkarlanıb

Lənkəran sakinlərindən qanunsuz odlu silahlar aşkarlanıb
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan birxeber.az-a verilən məlumata görə,Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri A.Qəniyev, Q.Məmmədov, S.Tağıyev, Ş.Şirvanov, M.İsmayılov, F.Ağayev və T.Nüsrətzadədən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 7 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.