Rusiya FHN-ə məxsus helikopterin qalıqları tapılıb - YENİLƏNİB

Rusiya FHN-ə məxsus helikopterin qalıqları tapılıb - YENİLƏNİB

Oneqa gölündə Mi-8 helikopterinin qalıqları tapılıb.

APA-nın xəbərinə görə, bu barədə RenTV məlumat yayıb.

“Buz bağlamış gölün üzərində sınıq və helikopterin gövdəsinin bir hissəsi tapılıb”, - məlumatda deyilir.

Səhər 40 metrdən çox dərinlikdə işləməli olan dalğıclar qəza yerinə göndəriləcək.

Mi-8 təlim uçuşu zamanı yoxa çıxıb. Yanacaq doldurduqdan sonra ekipaj üzvləri ilə əlaqə itib.

***

00.31

Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri Kareliyada Oneqa gölü üzərində itib.

APA xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

“Oneqa gölünün suları üzərində təlim uçuşu zamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinin Mi-8 helikopteri Prionejskinin Derevyannoye kəndi ərazisində təqribən əlaqəni dayandırıb” – deyə nazirlikdən bildirilib.

İtmiş helikopterin axtarışı davam edir.