La Liqa: “Real Madrid” son dəqiqələrdə “Atletiko” üzərində qələbəni əldən verib

La Liqa: “Real Madrid” son dəqiqələrdə “Atletiko” üzərində qələbəni əldən verib

İspaniya La Liqasının XXIII turunda Madridin "Real" və "Atletiko" komandaları arasında qarşılaşma başa çatıb.

“Report” xəbər verir ki, komandalar Madriddəki "Santyaqo Bernabeu" stadionunda qarşılaşıblar.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayıb və 1:1 hesabı ilə başa çatıb.

Birinci hissənin 20-ci dəqiqəsində Brahim Dias hesabı açaraq, "Real"ı önə çıxarıb. Matçın sonlarında, 90+3-cü dəqiqədə Markos Llorente hesabı bərabərləşdirib.

Bu matçın nəticəsindən sonra "Real" 58 xal toplayıb və turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. "Atletiko" La Liqada eyni sayda oyundan sonra 48 xal toplayıb və dördüncü yerdədir.