Messinin Honq-Konqdakı matçda meydana çıxmamasının səbəbi açıqlanıb

Messinin Honq-Konqdakı matçda meydana çıxmamasının səbəbi açıqlanıb

ABŞ-nin “İnter Mayami” futbol klubunun baş məşqçisi Xerardo Martino komandanın hücumçusu Lionel Messinin “Honq Konq XI” klubu (4:1) ilə qarşılaşmasa oynamamasının səbəbini açıqlayıb.

Bu barədə “Birxeber.Az” “South China Morning Post”a istinadən xəbər verir.

“Bu gün stadionda əyləndik, Luis Suares və Lionel Messinin olmaması səbəbindən azarkeşlər arasında böyük məyusluğu anlayırıq. Bu, həkimlər qrupunun qərarı idi. Onların fiziki durumunu yoxladıq. Oyunçuları meydançaya çıxarsaydıq, fiziki sağlamlıqlarını riskə atmış olarıq.

Azarkeşlərin çox üzüldüyünü başa düşürük və onlardan üzr istəyirik. Biz istərdik ki, Messini bir müddət meydanda oynatmaq mümkün olsun, lakin risk çox böyük idi”, - Martino deyib.

Xatırladaq ki, tribunalarda ulduz futbolçuları meydanda gözləyən 38 min 323 azarkeş olub. Bununla belə, Messi bütün oyunu skamyada keçirdi, çünki bud nahiyəsində dartınma olub, Suares isə heç bir səbəb olmadan ehtiyat oyunçular skamyasında oturub.

Matça biletin minimum qiyməti 115 avro olub.