Bakıda sərnişin avtobusu piyadanı vuraraq xəsarət yetirib

Bakıda sərnişin avtobusu piyadanı vuraraq xəsarət yetirib
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
birxeber.az bildirir ki,hadisə Xətai rayonunda qeydə alınıb. 57 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu yolu keçən 1988-ci il təvəllüdlü Əliyeva Səbinə Firudin qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.