“El Çapo”nun oğulları ilə əlaqəli cinayətkar qruplaşma ilə polis arasında atışma olub, ölənlər var

“El Çapo”nun oğulları ilə əlaqəli cinayətkar qruplaşma ilə polis arasında atışma olub, ölənlər var

Meksika Sonora ştatının paytaxtı Ermosilyo şəhərinin yaxınlığında şosedə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə cinayətkar qruplaşma arasında baş vermiş silahlı qarşıdurmada azı 12 nəfər ölüb.

“Birxeber.Az” “Reuters”ə istinadən xəbər verir ki, şübhəli şəxslər kartel killerinin oğlunu qaçırtmağa cəhd ediblər.

Sonoranın əyalət prokurorluğunun açıqlamasında deyilir, yeddi nəfər hadisə yerindən qaçıb, bəzilərinin isə yaralı olması ehtimalı var. Prokurorluğun sözçüsü “Reuters”ə 12 nəfərin öldüyünü təsdiqləyib.

Açıqlamada əlavə edilib ki, hüquq-mühafizə orqanlarının iki əməkdaşı atışmadan sonra xəstəxanaya yerləşdirilib, lakin hazırda onların vəziyyəti stabildir.

Qurum silahlanmış qrupun Xoakin “El Çapo” Qusmanın oğullarının başçılıq etdiyi “Sinaloa” kartelinin fraksiyasında işləyən muzdlu adamöldürmədə şübhəli bilinən İsa Humberto Limonun oğlunu xilas etməyə cəhd etdiyindən şübhələndiyini açıqlayıb.

Şübhəli şəxsin oğlu Karlos Umberto bir müddət öncə Kamino-del-Seridə “sağlamlığa qarşı cinayətlər”ə görə saxlanılıb.