Podolyak: “Ukrayna öz taxılının ehtiyacı olan ölkələrə çatdırılması üçün əlindən gələni edəcək”

Podolyak: “Ukrayna öz taxılının ehtiyacı olan ölkələrə çatdırılması üçün əlindən gələni edəcək”

Ukrayna öz taxılının ehtiyacı olan ölkələrə çatdırılması üçün əlindən gələni etməkdə davam edəcək”.

Birxeber “Birxeber”a istinadən xəbər verir ki, bunu Şərqi Avropa bürosuna Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

“Ukrayna bu və ya digər yolla Türkiyə və BMT qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə davam edəcək və öz taxılının ehtiyacı olan ölkələrə çatdırılması üçün əlindən gələni edəcək. Biz bütün riskləri çox gözəl başa düşürük. Lakin bizim üçün vəziyyət prinsipial olaraq dəyişmir – biz Rusiya gəmilərini öz akvatoriyamıza buraxmaq niyyətində deyilik və lazım gələrsə, güc tətbiq edəcəyik. Taxılın üçüncü ölkələrin gəmilərinə təhlükəsiz yüklənməsi və çıxarılmasını isə Türkiyə və BMT öz üzərinə götürüb”.

İstanbulda taxılın ixracına dair sazişlərin imzalanmasından bir gün sonra Rusiyanın Odessa limanını atəşə tutmasını şərh edərkən Mixaylo Podolyak bildirib ki, Türkiyə və BMT öz kanalları vasitəsilə Rusiyaya onların həyasız davranışlarından dünyanın niyə təəccübləndiyini izah etməli olacaq:

“Bu gün biz müstəqilliyimiz uğrunda mübarizə aparırıq, lakin biz Afrika və Yaxın Şərq dünyası qarşısında öz məsuliyyətimizi başa düşürük. Ukrayna süni Qolodomorun nə olduğunu çox gözəl anlayır və dünyanın heç bir nöqtəsində bunun təkrarlanmasına imkan verməyəcək”.

Onun sözlərinə görə, Ukrayna taxıl bitkilərinin çatışmazlığı səbəbindən qlobal ərzaq bazarlarında meydana gələn bütün riskləri çox gözəl başa düşür:

“Əgər Ukrayna beynəlxalq tərəfdaşları qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazırdırsa, Rusiya əksinə böhrana səbəb olub və bundan öz məqsədləri üçün istifadə edərək müxtəlif regionlarda sabitliyi pozub. O, bunu etməkdə davam edir. Rusiyanın Qara dəniz hövzəsini blokadaya almasının real motivlərini anladığımız üçün Rusiya Federasiyasının vədlərinin real dəyəri ilə bağlı heç bir illüziyamız yox idi. Rusiyanın sözü ilə əməli heç vaxt üst-üstə düşməyib. Onlar bəzən qəsdən təxribatlara gedirlər. Buna görə də Ukrayna İstanbulda Rusiya ilə heç bir sənəd imzalamadı. Bunu xüsusilə vurğulamaq lazımdır ki, bizim heç bir birbaşa razılaşmamız yoxdur. Bizim birbaşa sazişlərimiz Türkiyə və BMT ilədir. Bu sazişlər məhz Ukrayna taxılının emalı və daşınması ilə bağlıdır. Rusiya bizimlə paralel olaraq təhlükəsizlik məsələləri əlavə olunmaqla eyni sazişləri imzalayıb. Əlavə şərtlər sırasında nəqliyyat marşrutlarının və Ukraynanın 3 limanında taxılın emalı yerlərinin təhlükəsizliyinin təmin edilməsi, həmçinin liman infrastrukturumuza zərbə endirməkdə imtina daxildir”.

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri vurğulayıb ki, imzalandıqdan bir gün sonra sazişin şərtlərini pozmaqla rəsmi Moskva Ukraynaya deyil, vasitəçi tərəflərə zərbə endirmiş olub:

“Məncə, bu, Türkiyə və BMT-nin nüfuzuna endirilən zərbədir, çünki məhz bu tərəflər Rusiyanın müəyyən daşıma şərtlərinə riayət edəcəyinə zəmanət vermişdi”.

Birxeber
DÜNYA DÜNYA
“Facebook” rəhbərindən “WhatsApp”dakı yeniliklə bağlı paylaşım – FOTO

“Facebook” rəhbərindən “WhatsApp”dakı yeniliklə bağlı paylaşım – FOTO

DÜNYA DÜNYA
II Elizabet gecəni xəstəxanada keçirib

II Elizabet gecəni xəstəxanada keçirib

DÜNYA DÜNYA
“Avroviziya – 2022”-nin keçiriləcəyi şəhər məlum olub

“Avroviziya – 2022”-nin keçiriləcəyi şəhər məlum olub

DÜNYA DÜNYA
Elon Musk təyyarələri internetlə təmin edəcək

Elon Musk təyyarələri internetlə təmin edəcək

DÜNYA DÜNYA
“Sapı özümüzdəndir” atalar sözü kosmosa göndərildi

“Sapı özümüzdəndir” atalar sözü kosmosa göndərildi

DÜNYA DÜNYA
Zelenski Rusiyanın Qərbə qarşı müharibəyə başlayacağı barədə xəbərdarlıq edib

Zelenski Rusiyanın Qərbə qarşı müharibəyə başlayacağı barədə xəbərdarlıq edib

DÜNYA DÜNYA
Tbilisidə Saakaşvilinin tərəfdarları mitinqə toplaşır

Tbilisidə Saakaşvilinin tərəfdarları mitinqə toplaşır