Hacıqabulda avtomobil aşıb, bacı-qardaş xəsarət alıb

Hacıqabulda avtomobil aşıb, bacı-qardaş xəsarət alıb

Hacıqabulda baş verən yol qəzasında bacı-qardaş xəsarət alıb.

“Birxeber.Az”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mersedes”markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində Bakı şəhər sakinləri - 2009-cu il təvəllüdlü Əzizli Ayxan Eldəniz oğlu və bacısı, 2008-ci il təvəllüdlü Əzizli Aydan Eldəniz qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.