DİQQƏT: Bu dərmandan içməyin, ÖLDÜRÜR!

DİQQƏT: Bu dərmandan içməyin, ÖLDÜRÜR!
birxeber.az bildirir ki, illərdir aspirinin sağlamlığa faydalı olduğu deyilib. “Ömrü uzadır, xərçəngdən qoruyur, infarkt riskini azaldır”- deyilirdi... Lakin İngiltərədə aparılan araşdırma bunun əksini söyləyib. Araşdırmaya görə, aspirin ildə 3 mindən çox insanın ölümünə səbəb olur.
“The Daily Telegraph”da yer alan xəbərə görə, hər gün aspirin qəbul etmək ölümcül qanaxmalara səbəb olur. İngiltərədə yaşlıların 40 faizinin infarkt və iflic riskini azaltmaq üçün hər gün aspirin istifadə edir. Oksford Universiteti elm adamlarının bu araşdırması 75 yaşından böyük insanlarda ölümcül qanaxma ehtimalının 10 dəfə artdığını göstərir. 
Elm adamları daha öncə infarkt və iflic keçirmiş insanların aspirin istifadə etməyə davam etməsini tövsiyə edərkən, qanaxma ehtimalına qarşı başqa dərman qəbul etməyi məsləhət görür. Mütəxəssislər deyir ki, aspirin istifadə etməyə başlayan və aspirini buraxan insanlar öncə həkim müayinəsindən keçməlidir.