İmişlidə avtomobilin vurduğu piyada ölüb

İmişlidə avtomobilin vurduğu piyada ölüb

İmişlidə insan tələfatı ilə nəticvələnən qəza baş verib.

Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb.

"KamAz" markalı yük avtomobili İmişli rayonunun Otuziki kənd sakini, 1953-cü il təvəllüdlü Əhədov Nazim Xəmməd oğlunu vurub. Piyada alıdığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.