Türkiyə ordusunun hərbçisi terrorçularla atışmada həlak olub
Türkiyə ordusunun hərbçisi İraqın şimalında keçirilən "Pençe-Yıldırım” əməliyyatı zonasında terrorçularla atışmada həlak olub.
“Birxeber” xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Milli Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı başsağlığı verib.