“Qarabağ” ÇL-də növbəti oyununa çıxır
Qarabağ bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşmasına çıxacaq.
Birxeber xəbər verir ki, İsveçrə “Sürix”i ilə Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.
Oyunu İrfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək. Ölkə birincisinin heyətində Qara Qarayev oyunu buraxacaq. Qonaqlarda isə itki yoxdur.
Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Polşa “Lex”ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb (0:1; 5:1).
Cavab oyunu iyulun 27-də keçiriləcək.
Birxeber