Azərbaycanda bu qəsəbədə bir gündə 58 nəfər xəstəxanalıq oldu - SƏBƏB -YENİLƏNİB

Azərbaycanda bu qəsəbədə bir gündə 58 nəfər xəstəxanalıq oldu - SƏBƏB -YENİLƏNİB

TƏBİB Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədən bir gündə xəstəxanaya müraciət edən 58 nəfərin səhhəti ilə bağlı açıqlama verib.

Birxeber "Birxeber"ya istinadən xəbər verir ki, qurumdan bildirilib ki, ümumilikdə 58 nəfər xəstəxanaya müraciət edib ki, onlardan da 38 nəfəri uşaq olub:

“Müraciət edənlərin hər birinə ilkin təcili tibbi yardım göstərilib. Daha sonra onlar ambulator müalicə üçün evə buraxılıblar”.

*** 10:19

Şəkinin Yeni Çələbixan qəsəbəsində bir gündə 50-dən çox vətəndaş xəstəxanaya müraciət edib.

Birxeber "Oxu.Az"ın məlumatına əsasən xəbər verir ki, 58 nəfər qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxana gətirilib. Onlara köməklik göstərilib və evə buraxılıblar.

Vətəndaşların içməli sudan zəhərləndiyi ehtimal edilir.

Qeyd edək ki, müraciət edənlərdən 40 nəfəri yetkinlik yaşına çatmayanlardır.

Faktla bağlı araşdırma aparılır.

Birxeber
HADİSƏ HADİSƏ
Səlcuq Bayraktara ağır itki: Özdemir Bayraktar vəfat etdi - FOTO

Səlcuq Bayraktara ağır itki: Özdemir Bayraktar vəfat etdi - FOTO

HADİSƏ HADİSƏ
Xəzər dənizində 3.1 bal gücündə zəlzələ olub

Xəzər dənizində 3.1 bal gücündə zəlzələ olub