Tərtər sakini minaya düşüb - YENİLƏNİB

Tərtər sakini minaya düşüb - YENİLƏNİB

Fevralın 4-də saat 18 radələrində Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan "Report"a bildirilib ki, rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb. O, ayağından xəsarət alıb.

Vətəndaş polis əməkdaşları tərəfindən xəstəxanaya təxliyə edilib.

Araşdırma aparılır.

18:22

Tərtər sakini minaya düşüb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Fevralın 4-də saat 17 radələrində əvvəllər təmas xətti olmuş rayonun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran Tərtərin Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əliyev Həsənli Şahin oğlunun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.