Zelenski Rabotino kəndində döyüş mövqeyində olub

Zelenski Rabotino kəndində döyüş mövqeyində olub

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski gözlənilmədən Zaporojye vilayətinin Rabotino kəndində səfər edib, döyüş mövqeyində olub.

APA-nın xəbərinə görə, Vladimir Zelenski bununla bağlı “Telegram”-da paylaşım edib.

Ukrayna Prezidenti hərbçilərlə fəxr etdiyini, hər birinə təşəkkürünü çatdırdığını vurğulayıb.

Vladimir Zelenski hərbi qruplaşma komandiri Vladimir Qorbatyukdan operativ vəziyyət barədə məlumat alıb, hərbçilərə orden və medallar təqdim edib.