Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4 % artırıb

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4 % artırıb

Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 52 678,7 milyon ABŞ dolları təşkil edib.

“Birxeber” xəbər verir ki, bunun 86 %-i və yaxud 45 306,8 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14 %-i və yaxud 7 371,9 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 278,2 milyon dollar və yaxud 0,5 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 42,8 milyon dollar və yaxud 0,1 %, AMB-nin valyuta ehtiyatlarında isə 235,4 milyon dollar və yaxud 3,3 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 2 118,5 milyon dollar və yaxud 4,2 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 201,9 milyon dollar və yaxud 2,7 %, AMB-nin valyuta ehtiyatları isə 916,6 milyon dollar və yaxud 14,2 % artım nümayiş etdirib.

ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları)

AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)

Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları)

01.07.2022

45 306,8

7 371,9

52 678,7

01.04.2022

45 264,0

7 136,5

52 400,5

01.01.2022

45 025,1

7 075,4

52 100,5

01.10.2021

44 226,4

7 033,8

51 260,2

01.07.2021

44 104,9

6 455,3

50 560,2