Sumqayıtda silahlı və evlərdən oğurluqlar edən şəxslər saxlanılıblar

Sumqayıtda silahlı və evlərdən oğurluqlar edən şəxslər saxlanılıblar

Sumqayıtda silahlı və evlərdən oğurluqlar edən şəxslər saxlanılıblar.

"Report" DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının Corat qəsəbəsində həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Sərdar Heydərov saxlanılıb. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd patron darağı və 36 ədəd patron aşkar olunaraq götürülüb.

Həmçinin, Sumqayıt ŞPİ-nin 1-ci PB əməkdaşları tərəfindən son bir neçə gündə keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, evlərdən və avtomobillərdən oğurluqlar edən iki nəfər də saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.