Ermənistanda həbsdəki əcnəbilər arasında İran vətəndaşları üstünlük təşkil edir

Ermənistanda həbsdəki əcnəbilər arasında İran vətəndaşları üstünlük təşkil edir

Ermənistanda həbsdə olan əcnəbilərin sayı açıqlanıb.

Birxeber.Az-nın xəbərinə görə, bu barədə Ermənistan İcra Xidməti məlumat yayıb.

Ermənistanda ümumilikdə 199 əcnəbi həbsdədir. Ermənistanda ən çox vətəndaşı həbsdə olan ölkə İrandır. İranın 59 vətəndaşı Ermənistanda həbs olunub. İkinci yerdə isə 38 vətəndaşı həbs edilən Rusiya gəlir. Ermənistanda 14 vətəndaşı həbs olunan Gürcüstan bu siyahıda üçüncü yerdə qərarlaşıb.