“Real” 90+9-cu dəqiqədə vurulan qolla zirvəyə yüksəlib

“Real” 90+9-cu dəqiqədə vurulan qolla zirvəyə yüksəlib

"Real" İspaniya çempionatının 21-ci turunun matçında "Almeriya" üzərində 3:2 hesabı ilə qələbə qazanıb.

“Report” xəbər verir ki, Karlo Ançelottinin yetirmələri matçın ilk dəqiqəsində qol buraxıb, Larci Ramazani fərqlənib.

Fasiləyə az qalmış Edqar Qonsales hesabı 2:0-a çatdırıb.

57-ci dəqiqədə Cud Bellinqem 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 10 dəqiqə sonra Vinisius Junior hesabı bərabərləşdirib. Daniel Karvaxal 90+9-cu dəqiqədə vurduğu qolla “Real”a qələbə qazandırıb – 3:2.

20 oyundan sonra “Real"ın hesabında 51 xal var. Onun ən yaxın təqibçisi 49 xalla “Jirona”dır. “Almeriya” isə 21 oyundan sonra cəmi 6 xala sahibdir.