ECOWAS Seneqalda prezident seçkilərinin ertələnməsindən narahatlığını bildirib

ECOWAS Seneqalda prezident seçkilərinin ertələnməsindən narahatlığını bildirib

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) Seneqalda prezident seçkilərinin ertələnməsindən narahatdır və ədalətli və şəffaf səsverməni təmin etmək üçün ölkə siyasətçilərini dialoqa çağırır.

“Report” xəbər verir ki, bu barədə ECOWAS Komissiyasının Qərbi Afrika ölkələrinin ən böyük regional təşkilatının rəsmi portalında dərc olunmuş kommünikesində deyilir.

ECOWAS həmçinin Seneqalın hazırkı prezidenti Maki Salın qarşıdan gələn seçkilərdə namizəd kimi iştirak etməmək qərarına sadiqliyini alqışlayıb.

Xatırladaq ki, şənbə günü televiziya ilə xalqa müraciətində Maki Sal əvvəl fevralın 25-nə təyin edilmiş prezident seçkilərini təxirə saldığını açıqladı. O, qərarının əsas səbəbi kimi “namizədlərlə bağlı qarışıqlığı” göstərib. Yeni seçki tarixi hələ açıqlanmayıb. Prezident seçkilərdən əvvəl “milli dialoq”un keçiriləcəyini vurğulayıb. Artıq müxalifət prezidentin qərarını “konstitusiya çevrilişi” adlandırıb.