Qəzzada döyüşlərdə ölən israilli hərbçilərin sayı 225-ə yüksəlib

Qəzzada döyüşlərdə ölən israilli hərbçilərin sayı 225-ə yüksəlib

İsrailin Qəzzada apardığı quru əməliyyatlarında ölən israilli hərbçilərin sayı 225-ə yüksəlib.

Birxeber.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin saytında məlumat verilib.

Bildirilib ki, 24 yaşlı Şimin İeqoşua Asulin Qəzzanın cənubunda döyüşdə ölüb.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri ötən ilin oktyabrın 27-də Qəzzada quru əməliyyatlarına başlayıb.