Azərbaycanlı sənətçi Kaliforniya ştatında Gənclər Günü münasibətilə konsert verib

Azərbaycanlı sənətçi Kaliforniya ştatında Gənclər Günü münasibətilə konsert verib

Drezden Simfonik Orkestrinin solisti, Norveç Musiqiçilər Birliyinin üzvü, beynəlxalq müsabiqələr laureatı Şəbnəm Hüseyn ABŞ-nin Kaliforniya ştatının San Xose şəhərində 2 fevral – Azərbaycan Gənclər Günü münasibətilə konsert proqramı ilə çıxış edib.

"Birxeber.Az"un ABŞ bürosu xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə baş tutmuş gecədə San-Xose şəhərində yaşayan icma üzvləri iştirak ediblər.

Gecədə Azərbaycanın və ABŞ-nin Dövlət himnlərinin səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun konsulu Ramiz Daşdəmirov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla təsis olunmuş Azərbaycan Gənclər Günü gənclərimizin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir. R.Daşdəmirov qeyd edib ki, bu gün dünyanın dörd bir yanında yaşayan gənclərimiz bütün sahələrdə inamla çalışırlar və azərbaycanlı kimlikləri ilə ölkəmizi layiqincə təmsil edirlər. Diplomat Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verdiyini xüsusi qeyd edib.

Gecədə Şimali Azərbaycan Mədəniyyət Cəmiyyətinin təsisçisi Həmid Azəri və icma aktivləri çıxış edib.

Daha sonra qonaqlar ABŞ-də fəaliyyət göstərən azərbaycanlı musiqiçi Şəbnəm Hüseynin ifasında səslər bəstəkar və xalq mahnılarını ifa olunub.

Kamança ifaçısı bəstəkarlar Faiq Sücəddinovun və Hüseyn Abdullayevin "Azərbaycan" mahnılarını, Tofiq Quliyevin "Zibeydə", "O dedi yox yox", Bəhram Nəsibovun "Qal sənə qurban", "Qarabağ", Niyazinin "Arzu" romansı, Ələkbər Tağıyevin "Yaşa mənim xalqım", Cavanşir Quliyevin" Yarımgilə", "Gülə-gülə, ay xanım", Üzeyir Hacıbeyin "Saz havaları" əsərlərini ifa edib. Konsert proqramı böyük coşqu ilə keçib.