Parisdə bıçaqlı şəxs stansiyadakılara hücum edib, ölən və yaralananlar var

Parisdə bıçaqlı şəxs stansiyadakılara hücum edib, ölən və yaralananlar var

Parisdə dəmir yolu stansiyasında bir nəfər yoldan keçənlərə bıçaqla hücum edib.

APA xəbər verir ki, bu barədə “France 24” telekanalı məlumat yayıb.

Hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

"Şübhəli şəxs hücum zamanı heç bir dini şüar səsləndirməyib", - polisdəki mənbə bildirib.

Şübhəlinin psixi vəziyyətinin yerində olmadığı deyilir.