Namibiya prezidenti vəfat edib

Namibiya prezidenti vəfat edib

Namibiya Respublikasının prezidenti Haqe Qotfrid Qeynqob fevralın 4-də 82 yaşında vəfat edib.

"Report" xəarici mətbuata istinadən xəbər verir ki, ölüm zamanı o, həyat yoldaşı və uşaqlarının əhatəsində xəstəxanada olub.

Yanvar ayında prezident ofisi Qeynqobadaya xərçəng diaqnozu qoyulduğunu açıqlamışdı.

Hazırda isə dövlət başçısı vəzifəsini Namibiyanın vitse-prezidenti Nangolo Mbuba icra edir.