Ağ Ev İsrailə yardıma qarşı çıxıb

Ağ Ev İsrailə yardıma qarşı çıxıb

Vaşinqton administrasiyası ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukraynaya dəstək üçün əlavə vəsait ayırmadan İsrailə 17,6 milyard dollar yardım nəzərdə tutan qanun layihəsinə baxılmasının əleyhinədir.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin şənbə günü dərc olunmuş yazılı bəyanatında deyilir.

Onun sözlərinə görə, İsrailin təhlükəsizliyi müqəddəs olmalı və siyasi oyuna çevrilməməlidir:

“Aylar ərzində Administrasiya iki partiyalı senatorlar qrupu ilə sərhədimizi qoruyan, Ukrayna və İsrail xalqlarına dəstək verən milli təhlükəsizlik sazişi üzərində işləmişdir. Məhz qanun layihəsinin mətninin dərci fonunda, Nümayəndələr Palatasındakı respublikaçılar yeni rüsvayçı siyasi manevrlə çıxış ediblər. İsrailin təhlükəsizliyi müqəddəs olmalı və siyasi oyuna çevrilməməlidir”.