Çexiya ABŞ-dən 24 ədəd F-35 qırıcısı alacaq

Çexiya ABŞ-dən 24 ədəd F-35 qırıcısı alacaq

Çexiya ABŞ-nin beşinci nəsil “F-35A Lightning II” qırıcılarını almaq üçün dair müqaviləni martın sonunadək imzalayacaq.

Birxeber.Az-nın məlumatına görə, bunu CNN Prima NEWS telekanalına müsahibəsində müdafiə naziri Yana Çernoxova deyib.

“Bu saziş mütləq martın sonuna qədər imzalanacaq, hətta daha əvvəl deyərdim”, - deyən nazir sənədin imzalanmasının ABŞ-nin müdafiə naziri Lloyd Ostinin xəstəliyi ilə əlaqədar çətinləşdiyini qeyd edib.

Telekanalın verdiyi məlumata görə, Praqa Vaşinqtona 24 təyyarəyə görə təqribən 4,6 milyard dollar ödəyəcək, yeni aerodromun tikintisi üçün xərclər isə 1,9 milyard dollar təşkil edəcək.

Qeyd edilir ki, F-35 qırıcısının bir saatlıq uçuşu 35 min dollardan baha başa gəlir.