Almaniyada elektrik enerjisinin bahalaşması aztəminatlı ailələrlə ciddi təsir edəcək
Almaniyada elektrik enerjisinin qiymətlərində artım 2022-ci ildə istehlakçılar üçün əvvəlcədən düşünüldüyündən daha yüksək olacaq.
“Birxeber” xəbər verir ki, bu barədə “Bild” qəzeti Mənzil Assosiasiyasının proqnozlarına istinadən məlumat yayıb.
Belə ki, bir nəfərdən ibarət ev üçün əlavə xərclər ildə 2 700 avro, dörd nəfərdən ibarət ailənin elektrik enerjisinin xərcləri əlavə 5 000 avro təşkil edəcək.
Assosiasiyanın rəhbəri Aksel Gedaşko bildirib ki, Almaniyada bütün ev təsərrüfatları inanılmaz çətinliklərlə üzləşirlər: “Xüsusilə də aztəminatlı ailələr belə əlavə xərcləri ödəyə bilməzlər”.
2021-ci ilin sonundan etibarən Almaniyada enerji qiymətləri yüksəlir, dinamika Rusiyanın Ukraynada hərbi əməliyyata başladıqdan sonra sürətlənib. Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, iyunda enerji daşıyıcılarının qiyməti 38% artıb. Hökumət həmçinin 2024-cü ilə qədər Rusiya qazını mərhələli şəkildə dayandırmağı planlaşdırır.