ABŞ Konqresi İsrailə 17,6 milyard dollar ayırmağı nəzərdən keçirəcək

ABŞ Konqresi İsrailə 17,6 milyard dollar ayırmağı nəzərdən keçirəcək

ABŞ Nümayəndələr Palatası gələn həftə İsrailə 17,6 milyard dollarlıq yardım paketini nəzərdən keçirəcək.

Birxeber.Az-nın məlumatına görə, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonun müvafiq məzmunlu məktubu "Axios" portalında dərc olunub.

Respublikaçılara müraciət edən Conson, Konqresdə vəzifəyə gəldikdən sonra nəzərdən keçirilən ilk qanun layihələrindən birinin İsrailə yardım üçün 14,3 milyard dollarlıq əlavə xərclər layihəsi olduğunu vurğuladı.

Qanun layihəsinin mətnini Nümayəndələr Palatasının respublikaçı Ken Kalvert dərc edib.

17,6 milyard dollarlıq yardımın 4 milyardının İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini dəstəkləmək üçün, 1,2 milyard dollarının isə “Dəmir Şüa” qısamənzilli raketlərinin məhv edilməsi sistemini qorumaq üçün ayrılacağı gözlənilir.

Ayrılıqda proqram HAMAS-ın İsrailə hücumuna cavab olaraq ABŞ-nin bölgədəki əməliyyatlarını dəstəkləmək üçün 3,3 milyard dollar ayırır.