ABŞ və Böyük Britaniya Yəməndə 30 hədəfə aviazərbə endirib

ABŞ və Böyük Britaniya Yəməndə 30 hədəfə aviazərbə endirib

ABŞ və Böyük Britaniya Yəməndə “Ənsar Allah” hərəkatının (husilər) 30 hədəfinə aviazərbə endirib.

“Report” xəbər verir ki, bu barədə CNN Amerika administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, aviazərbələrin hədəfləri arasında nəzarət və rabitə mərkəzləri, yeraltı silah arsenalı, həmçinin husilərin silahlarının saxlandığı yerlər də var.

Bundan əvvəl ABŞ və Böyük Britaniya silahlı qüvvələri husilərin Hudeydə əyalətinin inzibati mərkəzinin cənub ətrafı və Əl-Luheya rayonunun dağlıq ərazisində yerləşən hədəflərini məhv etmişdi.