Uşaq bağçalarına elektron qəbul sistemi nə vaxt açılacaq? - VİDEO

Uşaq bağçalarına elektron qəbul sistemi nə vaxt açılacaq? - VİDEO

Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemin ayın 15-dən sonra açılması planlaşdırılır. Valideynləri əsas narahat edən məqam isə qəbulun ərazi üzrə qeydiyyata görə aparılıb-aparılmayacağı ilə bağlıdır. Təhsil Nazirliyi qəbul mexanizmini hələ ki, açıqlamasa da, ekspertlər deyirlər ki, bağçaya elektron qəbul üçün müraciət edərkən uşağın yaşadığı yerlə qeydiyyatda olduğu ünvanın üst-üstə düşməməsi yer seçimində ciddi problem yaradacaq. 

Təhsil Nazirliyi Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulun iyul ayının əvvəlindən başlanacağını bildirsə də, hələ ki elektron qəbul sistemi açılmayıb. Bu isə övladlarını uşaq bağçasına qoymaq üçün elektron qəbul sisteminin açılmasını gözləyən valideynlərin narahatlığına səbəb olub. Məktəbəqədər təhsil müəssisələrinə müraciət etmələrinə baxmayaraq, yerin olmaması ilə bağlı cavab alan valideynlərin ümidi yalnız elektron qəbul sisteminədir.

Birxeber Xəzər xəbər-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Xəzər Xəbər"ə bildirib ki, uşaq bağçalarına elektron qəbul sisteminin hazırlanması üzərində işlər tamamlanmaq üzrədir:

Bağçalara elektron qəbulla bağlı valideynləri əsas narahat edən məqam isə qəbulun ərazi üzrə qeydiyyata görə aparılıb-aparılmayacağı ilə bağlıdır.
Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, uşaq bağçalarına qəbul elektronlaşarsa, məktəbəqədər təhsil müəssisəsinin yerləşdiyi ərazi üzrə qeydiyyatın əsas götürüləcəyi şübhəsizdir. Onun sözlərinə görə, valideynlə bağlı belə bir tələb irəli sürülməsə də, uşağın həmin ərzidə daimi qeydiyyatda olması vacibdir və bununla bağlı sistem abonent kodu tələb edə bilər. Həmçinin, həmin bağçada qeydiyyatda olan ailənin digər üzvünün şəxsiyyət vəsiqəsinin FİN kodu təqdim edilməklə qeydiyyat mümkün olacaq.

Kamran Əsədov onu da qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulun elektron qaydada aparılması əvvəllər mövcud olan süni sıxlığı aradan qaldıracaq.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir.

Birxeber
Video / Sosial Video / Sosial
Paytaxtın mərkəzi küçəsi bağlanır - VİDEO

Paytaxtın mərkəzi küçəsi bağlanır - VİDEO

Video / Sosial Video / Sosial
Bakıda hansı evlər sənədləşdirilməyəcək? - VİDEO

Bakıda hansı evlər sənədləşdirilməyəcək? - VİDEO

Video / Sosial Video / Sosial
Xankəndidə Robert Koçaryanla qonşu olan azərbaycanlı sakin nələr danışdı? - VİDEO

Xankəndidə Robert Koçaryanla qonşu olan azərbaycanlı sakin nələr danışdı? - VİDEO

Video / Sosial Video / Sosial
Efirdə meyxanaçılara ağır ittiham: "İran ideologiyasını meyxanaçılar vasitəsilə yayır" - VİDEO

Efirdə meyxanaçılara ağır ittiham: "İran ideologiyasını meyxanaçılar vasitəsilə yayır" - VİDEO

Video / Sosial Video / Sosial
Bakıda göydən yağış əvəzinə niyə palçıq yağır? - VİDEO

Bakıda göydən yağış əvəzinə niyə palçıq yağır? - VİDEO

Video / Sosial Video / Sosial
Reabilitasiya mərkəzində döyülən azyaşlının anası DANIŞDI - VİDEO

Reabilitasiya mərkəzində döyülən azyaşlının anası DANIŞDI - VİDEO

Video / Sosial Video / Sosial
1 aya toyu olacaq 21 yaşlı Şəhid - Komandirimin qisasını alacam - VİDEO

1 aya toyu olacaq 21 yaşlı Şəhid - Komandirimin qisasını alacam - VİDEO

Video / Sosial Video / Sosial
Yod bizi nüvə fəlakətindən qoruyacaq? - VİDEO

Yod bizi nüvə fəlakətindən qoruyacaq? - VİDEO

Video / Sosial Video / Sosial
Bakının Binəqədi qəsəbəsində uzunluğu 800 metr olan yol təmir edilir - FOTO/VİDEO

Bakının Binəqədi qəsəbəsində uzunluğu 800 metr olan yol təmir edilir - FOTO/VİDEO

Video / Sosial Video / Sosial
Külək məcburi köçkünlərin yaşadığı evi yararsız hala saldı - VİDEO

Külək məcburi köçkünlərin yaşadığı evi yararsız hala saldı - VİDEO

Video / Sosial Video / Sosial
Gəncədə toy karvanında ağ "07" ilə "avtoş"luq edənlər kimlərdir?

Gəncədə toy karvanında ağ "07" ilə "avtoş"luq edənlər kimlərdir?

Video / Sosial Video / Sosial
Azərbaycanda bu şəxslərin pensiyası 50 faiz artırıla bilər - VİDEO

Azərbaycanda bu şəxslərin pensiyası 50 faiz artırıla bilər - VİDEO