Daha bir ölkədən quş əti idxalı məhdudlaşdırıldı

Daha bir ölkədən quş əti idxalı məhdudlaşdırıldı

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, İspaniya Krallığının Andalusiya muxtar icmasında Nyukasl xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən Birxeber-ə verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İspaniya Krallığının Andalusiya muxtar icmasından ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş əti və hər növ quşçuluq məhsulları (Nyukasl viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkənin həmin inzibati ərazi vahidindən Azərbaycan Respublikasının ərazisindən diri quşların tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İspaniya Krallığından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Birxeber
Sosial Sosial
Arestoviç: "Prezident Aparatından qovuldum" - VİDEO

Arestoviç: "Prezident Aparatından qovuldum" - VİDEO