BMT keçid dövründə Somali ordusuna texniki dəstək verəcək

BMT keçid dövründə Somali ordusuna texniki dəstək verəcək

BMT-nin Somaliyə dəstək şöbəsi keçid dövründə yerli orduya texniki təlim keçməyi öhdəsinə götürüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə BMT və Afrika İttifaqının Keçid Missiyasının birgə bəyanatında bildirilib.

BMT sözçüsü Kurat-ul-Ayn Sadozay deyib: “Biz missiyanın azaldılmasının üçüncü mərhələsini dəstəkləməyə və lazımi maddi-texniki dəstəyi verməyə hazırıq”.

Bundan əvvəl Afrika İttifaqının Somalidəki missiyası qoşunların ölkədən çıxarılmasının ikinci mərhələsinin başa çatdığını bildirərək, yeddi hərbi bazanı ölkə hökumətinə təhvil verdiyini bildirib.