Oğlu tərəfindən maşını yandırılan ata: “Yanında oturub isinirdi”

Oğlu tərəfindən maşını yandırılan ata: “Yanında oturub isinirdi”

Qəbələdə atasının avtomobilini yandıran şəxsə hökm oxunub.

Birxeber Kriminalqafqaz-a istinadla xəbər verir ki, hadisə ötən ilin noyabrında rayonun kəndlərindən birində baş verib. Belə ki, atası ilə birlikdə yaşayan 1982-ci il təvəllüdlü Zöhrab Məmmədov (şərti) maşınını ona vermədiyi üçün atasından qisas almaq məqsədilə “Ford Transit” markalı mikroavtobusun üzərinə benzin tökərək yandırıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Avtomobilin sahibi Səhrab Məmmədova (şərti) 12 min manat zərər dəyib. 

Hadisə ilə bağlı başlanılan cinayət işinə Qəbələ Rayon Məhkəməsində baxılıb. 

Məhkəmədə ifadə verən Zöhrab Məmmədov bildirib ki, hadisə baş verən gün o, içkili olub və atası ilə mübahisələri düşüb:

“Atam mikroavtobusla sərnişin daşıyaraq qazanc əldə edirdi. Ona dedim ki, maşını başqalarına yox, mənə versin, sürüm. Sərnişin də daşıyaram. O isə avtomobili heç vaxt mənə verməyəcəyini bildirdi. Buna görə aramızda mübahisə düşdü. Daha sonra mən evdən çıxıb kafeyə getdim. Evdə də içki içmişdim, kafedə də pivə içdim. Sonra evə gəldim. Çox əsəbi idim və qərara gəldim ki, atamın maşınını yandırım. Gecə saat 03 radələrində həyətə düşdüm. Avtomobilin üzərinə benzin tökərək alışqanla yandırdım. Daha sonra atam, anam və həyat yoldaşım pəncərədən maşının yandığını görüb kimin etdiyini soruşdular. Dedim ki, özüm etmişəm. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin işçiləri gəldilər və yanğını söndürdülər. Daha sonra polislər gəlib məni bölməyə apardılar. İzahatımı aldılar. 

Əməlimdən çox peşmanam. Atamla barışmışıq. Özüm II qrup əliləm, eyni zamanda talassemiya xəstəsiyəm. Himayəmdə üç yetkinlik yaşına çatmayan uşağım var. Çox xahiş edirəm, bütün bunlar nəzərə alınaraq mənə yüngül cəza verilsin”. 

Hadisə zamanı zərərçəkən Səhrab Məmmədov məhkəmədəki ifadəsində bildirib ki, hazırda oğlu ilə barışıb və onunla bağlı heç bir tələbi yoxdur:

“Həmin gün o, içkili idi və məndən maşını istədi. Elə içkili olduğuna görə maşını ona vermədim. Gecə nəvəm gəlib məni oyadaraq dedi ki, maşın yanır. Mən də durub baxanda gördüm ki, Zöhrab yanan maşının yanında durub isinir. 

O maşını altı il əvvəl almışdım. Onunla sərnişin daşıyırdım. Oğlum isə onu yandırdı. Mənə 12 000 manat dəyərində zərər dəydi. Onu alanda oğlumun mənə köməkliyi dəyməmişdi”.

Qəbələ Rayon Məhkəməsinin hökmü ilə Zöhrab Məmmədov CM-nin 186.2.2-ci maddəsi ilə (əmlakı qəsdən yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla məhv etmə və ya zədələmə) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra isə CM-nin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilərək iki il sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunub.

Birxeber
HADİSƏ HADİSƏ
Bakıda 80 yaşlı kişi itkin düşüb

Bakıda 80 yaşlı kişi itkin düşüb

HADİSƏ HADİSƏ
Bakıda 36 yaşlı qadın qardaşı oğlu tərəfindən üç bıçaq zərbəsi alıb

Bakıda 36 yaşlı qadın qardaşı oğlu tərəfindən üç bıçaq zərbəsi alıb

HADİSƏ HADİSƏ
Abşeronda avtobus piyadanı vuraraq öldürüb

Abşeronda avtobus piyadanı vuraraq öldürüb

HADİSƏ HADİSƏ
Zeynəb Həsənidə xərçəng xəstəliyi aşkarlandı - FOTO

Zeynəb Həsənidə xərçəng xəstəliyi aşkarlandı - FOTO

HADİSƏ HADİSƏ
Bakıda baş vermiş ağır qəzanın görüntüləri yayıldı - VİDEO

Bakıda baş vermiş ağır qəzanın görüntüləri yayıldı - VİDEO

HADİSƏ HADİSƏ
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür

HADİSƏ HADİSƏ
Bakıda yol qəzasında sürücünün beli sınıb

Bakıda yol qəzasında sürücünün beli sınıb

HADİSƏ HADİSƏ
Polis Ağcabədidə əməliyyat keçirib, saxlanılan var

Polis Ağcabədidə əməliyyat keçirib, saxlanılan var

HADİSƏ HADİSƏ
Azərbaycan Ordusunun mövqeləri bir neçə dəfə  atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri bir neçə dəfə atəşə tutulub

HADİSƏ HADİSƏ
İqtisadiyyat Nazirliyi “McDonald’s Azerbaijan”ı məhkəməyə verdi

İqtisadiyyat Nazirliyi “McDonald’s Azerbaijan”ı məhkəməyə verdi

HADİSƏ HADİSƏ
Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb

Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb

HADİSƏ HADİSƏ
Azərbaycanda saxta “Vyetnam mazı” aşkarlanıb

Azərbaycanda saxta “Vyetnam mazı” aşkarlanıb