Çilidə meşə yanğınları zamanı 19 nəfər ölüb

Çilidə meşə yanğınları zamanı 19 nəfər ölüb

Çilidə meşə yanğınları baş verib.

APA xəbər verir ki, bu barədə “El Mostrador” qəzeti məlumat yayıb.

Hadisə nəticəsində 19 nəfər ölüb.

Baş vermiş 92 yanğın hadisəsindən 40-ı lokallaşdırılıb.

Daha əvvəl 10 nəfərin öldüyü, 28 nəfərin yaralandığı bildirilirdi.

Çili prezidenti Qabriel Boric fevralın 3-də meşə yanğınları ilə əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib.

7 min hektardan çox ərazi yanıb.