Avropada "mavi yanacaq" yenə bahalaşıb

Avropada "mavi yanacaq" yenə bahalaşıb
Avropa bazarında təbii qazın qiyməti 5,5 faiz artaraq oktyabr ayının əvvəlindən indiyədək ilk dəfə 1800 dollar həddini keçib.
birxeber.az bildirir ki, Londonun “İCE Futures” birjasındakı hərracda TTF onlayn qaz satışı mərkəzinin yanvar fyüçersləri Bakı vaxtı ilə saat 11-ə olan vəziyyətə görə, 1811 USD/1000 kubmetrə çatıb.
Xatırladaq ki, dekabrın 16-da "mavi yanacaq" 1450 dollarlıq minimum səviyyədən birdən-birə 1700 dollardan çox bahalaşmışdı.