ABŞ-nin İraqdakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb, etiraz notası təqdim olunub

ABŞ-nin İraqdakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb, etiraz notası təqdim olunub

ABŞ-nin Bağdaddakı müvəqqəti işlər vəkili Devid Berkeri Xarici İşlər Nazirliyinə çağırılıb.

Birxeber.Az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, etiraz notası ABŞ-nin İraqa endirdiyi zərbələrlər və bunun nəticəsində 16 nəfərin ölümü ilə bağlıdır.

"ABŞ-nin hücumu nəticəsində İraqın Akaşat və Əl-Qaim bölgələrində mülki şəxslərin ölümü və yaralanması ilə nəticələnən təcavüzü pisləyirik. İraq öz ərazisinin müharibə edən ölkələr arasında hesablaşma meydanı kimi istifadəsinə icazə verməyəcək”, - deyə XİN-in bəyanatında deyilir.

Xatırladaq ki, bu gün ABŞ Mərkəzi Komandanlığı İraq və Suriyada iranyönlü qruplara zərbələr endirib. Mərkəzi Komandanlığın saytında yayılan məlumata görə, İraq və Suriyada 85-dən çox hədəf vurulub.