"Təmiz Şəhər" 1 milyon manatlıq tenderə yekun vurub

"Təmiz Şəhər" 1 milyon manatlıq tenderə yekun vurub

"Təmiz Şəhər" ASC Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərk tullantıların idarəetmə sisteminin qurulması tədbirlərinin milli strategiyaya inteqrasiyası üçün idarəetmə strategiyası, texniki-iqtisadi qiymətləndirmə və regional investisiya planlarının hazırlanması üzrə məsləhət xidməti ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Birxeber" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Encotec" MMC-dir.

Qalib şirkətə 950 min manat ödəniləcək.