Efiopiyada hökumət qüvvələri 50-dən çox sakini öldürüb

Efiopiyada hökumət qüvvələri 50-dən çox sakini öldürüb

Bu həftə Efiopiyanın şimalındakı Meravi şəhərinin (Amhara ştatı) 50-dən çox sakini hökumət qüvvələri tərəfindən öldürülüb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” yerli milislərə istinadən məlumat yayıb.

Şəhər əhalisinin öldürülməsi federal qoşunlarla Amhara milisləri arasında gedən döyüşdən sonra baş verib.

Baş verənlərlə bağlı rəsmi və ya müstəqil mənbələrdən heç bir təsdiq yoxdur. 2023-cü ilin yayında federal hakimiyyət milislərin tərksilah edilməsini tələb etdikdən sonra ştatda silahlı toqquşmalar başlayıb.

Bir gün əvvəl Efiopiya parlamenti Amhara ştatda fövqəladə vəziyyətin müddətini dörd ay uzadıb.