Şərurda evdən kişi meyiti tapılıb

Şərurda evdən kişi meyiti tapılıb

Şərur rayonu Yengicə kəndində evdən kişi meyiti tapılıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, fevralın 3-də kənd sakini 1975-ci il təvəllüdlü Bağırov Sadiq Rza oğlunun meyiti yaşadığı evdə tapılıb. Faktla bağlı Şərur rayon prokurorluğunda araşdırma başladılıb.

Məlumatı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidməti APA-ya təsdiq edib.