Gədəbəydə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB 

Gədəbəydə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB 

Gədəbəydə avtomobil qəzasında ölən və xəsarət alanlarını kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1985-ci il təvəllüdlü Vəliyev Anar Dilqəm oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Onun qızı, 2009-cü il təvəllüdlü Vəliyeva Rəfiqə, 1996-cı il təvəllüdlü Yusibov Elməddin və 2000-ci il təvəllüdlü Rafıkar Sərxan Telman oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

18:57

Gədəbəy rayonunda ağır avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.