Berlin küçələrinə 150 mindən çox etirazçı çıxıb

Berlin küçələrinə 150 mindən çox etirazçı çıxıb

Almaniyanın paytaxtı Berlin şəhərində 150 ​​mindən çox insanın iştirak etdiyi sağçı ekstremizmə qarşı etiraz aksiyası keçirilir.

Bu barədə “Report” “TASS”a istinadən məlumat yayıb.

“150 mindən çox insan aksiyanın keçirildiyi yerdə və ətraf ərazilərdədir”, - məlumatda deyilir.

Şəhərdə nəqliyyatın hərəkəti xeyli çətinləşib, hökumət məhəlləsində bir neçə küçə bağlanıb.

Bildirilib ki, aksiyanın sonuna qədər etirazçılar Reyxstaqın ətrafında insan zənciri təşkil edəcəklər.